"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin mətbu orqanı "Əlillər Dünyası" müstəqil ictimai-siyasi qəzetidir
"Əlillər Dünyası" müstəqil ictimai-siyasi qəzeti 2004-cü ildən nəşr olunur. Fəaliyyət göstərdiyi bu müddət ərzində qəzet Azərbaycan Respublikasının mövcud qanunlarına, eləcə də öz Nizamnaməsinə, adına və təyinatına uyğun olaraq irqindən, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün kateqoriyadan olan əlillərin, şəhid ailələrinin, tənha qocaların,Vətən uğrunda döyüşən soydaşlarımızın və yoxsul təbəqədən olan insanların hüquqlarını müdafiə edir, onların həyat tərzini, qayği və problemlərini, həmçinin onlara göstərilən köməkliyi öz səhifələrində işıqlandırır. Lazım gəldikdə, ictimai vəkillik də edir. Qəzetimizin Redaksiya Heyətinin üzvləri bütün kateqoriyadan olan əlillərdən, veteranlardan, habelə respublikamızın tanınmış, nüfuzlu elm və mədəniyyət xadimlərindən ibarətdir.
Qəzet Prezident Aparatına, nazirliklərə, Azərbaycanda olan bütün səfirliklərə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, bütün hökumət və qeyri-hökumət təşkilatlarına, əhalinin maarifləndirilməsi məqsədi ilə soydaşlarımız arasında geniş şəkildə yayımlanır. Həmçinin Azərbaycan Respublikasının bütün regionlarına xüsusi formada göndərilir.
"Əlillər Dünyası" müstəqil ictimai-siyasi qəzeti 23 aprel 2010-cu il tarixindən Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Qəzetimizin Redaksiya Heyətinin üzvləri eyni zamanda "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin üzvləridir.