Həkim səhlənkarlığı üzündən ayağı kəsilən əlil "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzetinə müraciət etdi

                                                    

         Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən  "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə çərçivəsində "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət edənlərdən biri də 2-ci qrup şəkər xəstəsi əlili Xatirə Tağıyevadır. O, İB-in və "Əlillər Dünyası" qəzetinin Qaynar xəttinə zəng edərək səhlənkar bir həkimin naşılığı ucbatından sol ayağının dizdən yuxarı   kəsilməsi ilə bağlı şikayətini bildirmişdir.

Layihə iştirakçıları Xatirə Tağıyevanın müraciəti ilə bağlı dəfələrlə onun evində olmuş, problemi ilə maraqlanmışlar. Xatirə xanım ayağındakı yara ilə əlaqədar Angeoloji Mərkəzdə Faiq həkimin qəbulunda olub.  Dediyinə görə Faiq həkim ondan şəkər xəstəliyi ilə bağlı heç bir analiz götürmədən, heç bir tibbi müayinə etmədən və özünə demədən qəflətən sol ayağının baş barmağının yanındakı sümüyü çıxarıb və səhəri gün artıq çürümə getdiyi üçün Faiq həkim barmağın yarısını kəsib. Bundan sonra çox sürətlə - 10 gün ərzində ayağı qanqrena etdiyindən başqa xəstəxanada təcili surətdə əməliyyat edilərək sol ayağı dizdən yuxarı amputasiya edilib. Xatirə Tağıyeva bu hadisədən böyük sarsıntı keçirib, hazırda psixoloji vəziyyəti çox gərgindir.

Xatirə Tağıyeva "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə və "Əlillər Dünyası" qəzetinə müraciət edərək ona protez ayaq düzəldilməsində köməklik göstərməyi  xahiş edib. Bununla bağlı hər iki təşkilatın rəhbəri Tahir Xudiyev Protez-Ortopedik Bərpa Mərkəzinin Baş həkimi ilə əlaqə saxladı. Baş həkim böyük məmnuniyyətlə sualları cavablandıraraq bildirdi ki, protez ayaq qoymaq üçün əvvəlcə xəstə xəstəxana şəraitində hazırlıq mərhələsi keçməlidir. Yenidən yara əmələ gəlməməsi üçün lazımı prosedurlardan sonra  protez ayaq hazırlanıb xəstənin ayağına taxıla bilər.

Layihənin  iştirakçıları 3-cü dəfə  Xatirə Tağıyevanın yaşadığı evdə olmuş, bu barədə onu  maarifləndirmiş, ayağının dizdən yuxarı kəsildiyinə görə çox böyük həyəcan, psixoloji gərginlik keçirdiyi üçün psixoloq Səidə Musayeva onunla psixoloji söhbət aparmışdır. 2-ci qrup əlil Xatirə Tağıyeva ona mənəvi və psixoloji dəstək olduqlarına görə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB  və "Əlillər Dünyası" qəzetinin kollektivinə təşəkkürünü bildirdi.

2-ci qrup şəkər xəstəsi əlili Xatirə Tağıyevanın ittihamı ilə bağlı məsələyə aydınlıq gətirmək və qarşı tərəfin fikrini öyrənmək üçün Faiq həkimlə telefon əlaqəsi saxladıq. Həkim bildirdi ki, bu hadisə çoxdan olduğu və xəstələrim çox olduğu üçün xatırlamıram. Amma ola bilsin ki, Xatirə Tağıyevanın ayağında qanqrena getdiyi üçün mən ona ambulator olaraq ilk tibbi yardım göstərmişəm.

Təəssüf ki, bu, insanların səhhətinə və taleyinə biganə yanaşan bəzi həkimlərin səhlənkarlığı üzündən baş verən yeganə hadisə deyil... Ayağını itirən Xatirə xanım yeganə  qız övladı ilə kirayədə yaşayır, dərman nədir, hətta ərzaq məhsulu almağa da imkanları yoxdur. 

Onu da qeyd edək ki, xəstələrə, əlilliyi olan insanlara, əhalinin aztəminatlı təbəqəsinə yuxarıdan aşağı baxan, saymazyana, laqeyd münasibət göstətən həkimlərdən biri də Xətai rayonu 7 saylı poliklinikanın Baş həkimidir. Daxil olan şikayətlər əsasında bununla bağlı İB və "Əlillər Dünyası" qəzeti tərəfindən Səhiyyə Nazirliyinə 2 dəfə rəsmi müraciət edilib. Araşdırmalar aparılır.

         Məlahət Abdullayeva

         21.06.2018

 

 

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81485

http://www.mustaqil.az/?s=H%C9%99kim+s%C9%99hl%C9%99nkarl%C4%B1%C4%9F%C4%B1+%C3%BCz%C3%BCnd%C9%99n+aya%C4%9F%C4%B1+k%C9%99sil%C9%99n+%C9%99lil+Beyn%C9%99lxalq+%C6%8Flill%C9%99r+C%C9%99miyy%C9%99ti%22+%C4%B0B-%C9%99+m%C3%BCraci%C9%99t+etdi+

 

http://sosialxeber.az/ayagi-k%C9%99sil%C9%99n-qadin-qht-y%C9%99-v%C9%99-%C9%99lill%C9%99r-dunyasi-q%C9%99zetin%C9%99-muraci%C9%99t-etdi/

 

http://www.qhtxeber.az/news.php?id=10378&lang=az

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA