Məcburi köçkün, əlil Qəhrəman Ananın "yoxa çıxan" çörək pulu...
Üç oğlu Qarabağ əlili, bir oğlu Milli Qəhrəman, özü yataq xəstəsi olan məcburi köçkün, çoxuşaqlı ağbirçək Qəhrəman Ananın çörək pulu Kapital Bank-dan oğurlandı. 2 aydır heç kim cavabdehlik daşımaq istəmir. Hüquq-mühafizə orqanları üçün də çox maraq doğurdu ki, pul bankomata kart salınmadan oğurlanıb. Bu necə ola bilər?!
Neçə müddətdir rəsmi müraciət edilsə də hələ ki, ötür-ötürə salıblar. Bəlkə bu 3- Dekabr-Əlilliyi olan insanların günündə insafa gəlib "oğurlanan" pulun qaytarılmasına kömək edələr...Pul ödənilsə də bir ailənin 4 əlilinə və o cür Qəhrəman oğul itirən anaya dəyən mənəvi ziyanı kim ödəyəcək?!....
01.12.2018