"Beynəlxalq Əlillər Cəmiyyəti" İB illik hesabat verdi

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB AMEA Mərkəzi Elmi Kitabxanasında 2018-ci ilin yekunlarına dair illik hesabat yığıncağı keçirdi. Əvvəlcə qarşıdan gələn 1990-cı ilin 20 yanvarında işğalçı sovet-rus imperiyası ordusunun Azərbaycanda dinc əhaliyə qarşı vəhşicəsinə törətdiyi dəhşətli faciənin 28-ci ildönümü ilə bağlı Azərbaycanın müstəqilliyi uğrunda ilk şəhidlərin ruhu yad edildi.

        

Sonra "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in 2018-ci ildəki fəaliyyəti barədə hesabat dinlənildi. İclasda İB-in nəzdində fəaliyyət göstərən şöbələrin, o cümlədən Hüquq şöbəsinin gördüyü işlər müzakirə olundu və hüquqi qiymət verildi. İdarə Heyəti üzvləri və iştirakçılar tərəfindən İB-in 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi.

        

İdarə Heyəti üzvü 1-ci qrup əlil Rasim Gənzəli dünyasını dəyişdiyinə görə təqaüddə olan tibb xidməti polkovniki, Şuşadan məcburi köçkün İlham Sadıqov İdarə Heyətinə yeni üzv seçildi.

        

İB-in İdarə Heyəti üzvü Leyla İmanovanın işinin çoxluğu ilə bağlı öz xahişi ilə istefa verməsi təklifi müzakirə olundu və hamı yekdilliklə etirazını bildirdi. Beləliklə, Leyla İmanova İdarə Heyəti üzvlüyündə saxlanıldı.

        

Səhhətindəki ciddi problemlərlə bağlı Sədr Tahir Xudiyevin istefa barədə təkidlə təklifi  də iştirakçılar tərəfindən qəbul edilmədi.

      

   İB-in Nəzarət-Təftiş Komissiyasının üzvü Ramiz Əlixanovun vəfatı ilə bağlı 2-ci qrup əlil Sarvan Əmrahov Nəzarət-Təftiş Komissiyasının üzvü seçildi.

        

İB-in Nizamnaməsinin 5.11-ci maddəsinə əsasən 2 nəfər - 1 nəfər İdarə Heyəti üzvü, 1 nəfər isə hüquqşünas İB-in sıralarından kənarlaşdırıldı.  İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvü Həsənağa Bayramov İdarə Heyətinə yeni üzv seçildi.

        

İclasda qonaq qismində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfir əvəzi cənab Denis Daniilidis və mütəxəssisi Məryəm Hacı-İsmayılova da iştirak edirdilər. Denis Daniilidis çıxış edərək qeyri-hökumət təşkilatlarının hər bir dövlətin ictimai həyatında vacib əhəmiyyətə malik olduğunu bildirdi. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in də sosial sahədə gördüyü işləri  yüksək qiymətləndirdi və gələcək işlərində uğurlar arzuladı.

Məlahət Abdullayeva

11.01.2019

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA