"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Tərtər şəhərində yerləşən Qarabağ regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə bölgələrdə vətənpərvərlik ruhunun daha da artırılması məqsədi ilə yanvar ayında Tərtər şəhərində silsilə tədbirlər keçirilmişdir.

        

Həmin tədbirlərin davamı olaraq Tərtər şəhərində yaşayan imtiyazlı şəxslərin arzu və istəklərini nəzərə alaraq "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in dörd nəfər nümayəndəsi şəhid ailələri, məcburi köçkünlər, Qarabağ qaziləri və əlilləri, eləcə də digər səbəbdən əlil olan insanlarla görüşlər keçirdilər. Bu görüşlər zamanı onlarla maarifləndirmə işləri aparıldı, sualları cavablandırıldı. Eləcə də maarifləndirmə məqsədi ilə onlara  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən nəşr olunan 300 ədəd "Vətəndaş cəmiyyəti" jurnalı paylandı. 

        

Görüşdən sonra Sarıcalı kəndindəki Şəhidlər abidəsi ziyarət edildi. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev, sədrin köməkçisi və Nəzarət-Təftiş Komissiyasının üzvü, 2-ci qrup əlil Sarvan Əmrahov, İctimai Birliyin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı və  təqaüddə olan polis əməkdaşı  Həsənağa Bayramov, Tərtər şəhəri Əfqanıstan veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı, sabiq polis əməkdaşı Mətləb Əliyev, rayon sakini Niyazi Kazımov vətənpərvərlik mövzusunda çıxışlar etdilər. Yad olunan bu şəhidlərin arasında Əfqanıstan müharibəsi veteranı Mətləb Əliyevin qardaşı Bəxtiyar Əliyev və əmisi Qabil Əliyev də var. Onu da qeyd edək ki, Şəhidlər abidəsi Əfqanıstan veteranları Cəmiyyətinin sədri Mətləb Əliyevin şəxsi vəsaiti hesabına inşa edilmiş, indiyədək də onun tərəfindən abadlıq işləri aparılır.

        

Sonra tədbir iştirakçıları ön cəbhədə postda dayanan polis əməkdaşları və əsgərlərlə görüşlər keçirdilər. "Şəhidlər ölməz, Vətən bölünməz"! şüarı altında keçirilən belə görüşlər onlarda ruh yüksəkliyi yaradır. Postun yerləşdiyi yerdə ermənilərin özlərinin əvvəllər tikdiyi Ağdərə rayonunun Şıxarx kəndinə köçmələrinin 150 illiyinə həsr olunmuş abidə onların Qarabağ torpaqlarına gəlmələr olmasını sübut edir. Ehtiyat-təhlükəsizlik tədbirləri baxımından  ön cəbhədəki görüşlər zamanı foto və video çəkilişlərin aparılmasına icazə verilmədi.

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

28.01.2019

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA