Əsil kişilik nümunəsi

     

  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə ağır itki üzv verdi-İctimai Birliyin üzvü, Qarabağ müharibəsi  veteranı, Ağdamın Ətyeməzli kəndində dünyaya göz açmış Ağayev Vidadi Vasif oğlu 03.11.2019-cu il tarixində 58 yaşında vəfat etmişdir. Onu bildirmək istəyirəm ki, onun itkisi Vidadini yaxından tanıyan insanlara sözün əsil mənasında böyük zərbə oldu.  Vidadi sənəddə qəhrəman yox, əsil xalq qəhrəmanı idi. Vidadini tək Qarabağlılar deyil, Azərbaycanın bütün bölgələri çox gözəl tanıyırdı. Vidadi Əfqanınstanda ən qızğın döyüşlərdə də iştirak etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə isə Vidadi əsil əfsanəvi qəhrəmanlıq göstərib. Dəfələrlə yaralansa da sağalandan sonra yenidən döyüşlərə qatılıb. Özünü reklam etməyi xoşlamazdı. Veteran, məcburi köçkün sözlərini özünə sığışdırmırdı. Söhbət zamanı döyüşlərdə aldığı yaralara görə ona əlillik dərəcəsi düşdüyünü təkidlə  desəm də, Vidadi bu barədə düşünmədiyini, yalnız torpaqlarımızın azad olunmasını arzuladığını bildirirdi.  Həmişə deyirdi ki, murdar erməni bizim azərbaycanlı xanımların namusuna sataşıb, torpağı əldən gedibsə mən deyə bilmərəm ki, döyüşmüşəm. Torpağı tapdaq altında olan, qızları-qadınları murdar erməni əsirliyində olan bir xalqın milli qəhrəmanı ola bilməz deyirdi. Ona görə də nə veteran, nə də məcburi köçkün kimi heç bir hüququndan istifadə etmədi. Evdar qadın olan həyat yoldaşını və övladlarını gözüyaşlı, köməksiz  qoyaraq haqqın dərgahına qovuşdu. Vidadinin qardaşları da özü ilə bərabər şərəfli döyüş yolu keçiblər. Onlar hamısı Ağdamdan ən son çıxanlardan olmuşdular.  Hələ gənc vaxtlarında 1980-ci illərdə sovet dövründə işlədiyi dükanın müdiri yaşlı, ailəli bir insanı həbs etmək istəyirdilər. Ahıl yaşlı, ailəli olmasını nəzərə alaraq Vidadi onun səhfini öz üzərinə götürərək onun əvəzinə cəza çəkmişdi. Vidadi həyata kişi kimi gəldi, kişi kimi də getdi.

                Vidadi, Allah sənə qəni-qəni rəhmət eləsin, sənin keçdiyin həyat yolun və ölümün bəzilərinə örnək olsun.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri

04.11.2019

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA