"Zəif əzələ, güclü iradə"

       Mart ayının 3-də Sumqayıt şəhər Poeziya Evində  yazar, 1-ci qrup əlil, "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin (ƏSMİD) üzvü Samir İmanovun “Zəif Əzələ, Güclü İradə” adlı kitabının imza günü keçirildi.

      

   Giriş sözü ilə tədbiri açan Poeziya evinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Samir İmanovun kitabı ilə bağlı öz fikirlərini bölüşdü və ona yaradıcılıq uğurları arzuladı. Tədbirin aparıcısı şair, əməkdar jurnalist Əli Nəcəfxanlı Samir İmanovun çox güclü iradəyə məxsus olduğunu bildirdi.

        

Tədbirdə iştirak edən "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri Tahir Xudiyev Samir İmanovun əsərlərinin əlilliyi olan insanlara mənəvi dəstək olduğu, onlarda ruh yüksəkliyi yaratdığını vurğuladı. Çıxış edənlər- Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Gülrəng xanım, Sumqayıt Təhsil şöbəsinin əməkdaşı Balayar Əliyev, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisova, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin nümayəndəsi Zaur Allahverdiyev, ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova və digər  QHT rəhbərləri - Mətanət Əsgərqızı, Zenfira Mustafayeva, Cəmilə Abdulova, Cəsarət Hüseynzadə, Rövşən Ağamalıyev, Gəray Əlibəyov da öz ürək sözlərini söylədilər, müəllifə yaradıcılıq uğurları arzuladılar.

        

"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə bir çox dövlət, media, QHT və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

 

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzeti

06.03.2020

 

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA