"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzetinin koronavirusa qarşı birgə fəaliyyəti

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) Nizamnaməsinə uyğun olaraq bütün kateqoriyalı əlilliyi olan insanların və imtiyazlı vətəndaşların sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik edir,onlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil, müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. Bundan başqa BƏC İB sağlamlıq imkanları məhdud insanların hüquqlarının qorunmasına və onların problemlərinə həsr edilmiş monitorinqlər aparır, müxtəlif mövzularda dəyirmi masa və görüşlər keçirir, əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edir, iməciliklər, mədəni-kütləvi tədbirlər, konsertlər və müxtəlif layihələr həyata keçirir.

Koronavirusunla mübarizənin davam etdiyi bu günlərdə təkcə respublikamız üçün deyil, bütün dünya üçün ağır olan bir zamanda da "Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) həmişə olduğu kimi fəaliyyətini davam etdirir.

         Mətbuat Şurasının üzvü olan "Əlillər Dünyası Qəzeti Redaksiyası"  MMC ilə birgə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB imtiyazlı vətəndaşlarla - bütün növ əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər, şəhid və Milli qəhrəman ailələri, Qarabağ əlilləri və veteranları ilə koronavirusla mübarizə mövzusunda maarifləndirmə işləri aparır, lazım gəldikdə onlara psixoloji yardım göstərir, imkan daxilində ərzaq məhsulları ilə köməklik edir. Telefon əlaqələri və onlayn şəkildə daima onların problemlərini diqqət mərkəzində saxlayır, koronavirusla bağlı həyəcan keçirməməyi, möhtərəm Prezidentimizin bununla bağlı verdiyi qərarlara diqqətlə əməl etməyin onlar üçün nə qədər vacib olmasını nəzərə çatdırır.  

        

Bundan əlavə Nizamnamənin 2.2-ci bəndinə əsasən BƏC İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir. Bu qanunlar sırasında  koronavirusla bağlı çıxarılan qərarlar xüsusi yer tutur. Koronavirusun bütün dünyada sürətlə yayıldığı bir zamanda dövlətin xalqa göstərdiyi diqqət və qayğının təzahürü olan bu qanunların yerlərdə düzgün icra olunmasına "Əlillər Dünyası" qəzeti və BƏC İB tərəfindən xüsusi nəzarət ediləcək.

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş redaktoru və

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri

03.04.2020

 

 

                                               

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA