2-ci qrup əlil "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in həyata keçirdiyilayihə zamanı 65 yaşlı Sevil Musayeva İB-in qaynar xəttinə zəng etmişdir. Sevil xanımın oğlu Əliyumusəvi Rəşad 2-ci qrup ömürlük əlildir. Sonradan Sevil xanım ailə üzvləri ilə birgə ictimai birliyin ofisində olmuş problemlərini bölüşmüşlər. Onlar bildirdilər ki, Rəşad uşaq vaxtı aldığı ciddi zədə nəticəsində ayağı amputasiya olunduğu üçün bir ayağı protezdir. Onun müasir silikondan hazırlanan protezlə təmin olunmasına köməklik göstərməyi xahiş etdilər. Sevil xanım ailənin maddi vəziyyətinin çox çətin olduğunu da bildirdi.
Layihənin rəhbəri Tahir Xudiyev bildirdi ki, həmin protezlərin hazırlanması çox baha başa gəlir, həm də xarici ölkələrdə hazırlanır. İB-in buna maddi vəsaiti yoxdur, bunun üçün sponsor olmalıdır. Bütün dünyada korona virusla bağlı hazırki pandemiya dövründə karantin rejimi ilə əlaqədar sərhədlər də bağlıdır, hələlik onun protezlə təmin olunması mümkün deyil. Rəşad ailəyə dəstək olmaq üçün BŞİH-nın tabeliyində olan ticarət köşkü ilə təmin olunmasına köməlik göstərilməsini xahiş etdi. Bu məqsədlə İB tərəfindən aidiyyəti dövlət təşkilatlarına rəsmi müraciət olunacaq. Ailəyə ictimai birlik tərəfindən ərzaq yardımı edildi və telefon vasitəsi ilə məsafədən İB-in psixoloqu İbrahim Əsədli tərəfindən Rəşada və anası Sevil xanıma psixoloji dəstək göstərildi.
Mətbuat xidməti
23.09.2020