"Beynəlxalq Əlillər Cəmiyyəti" Şuranın dəstəyi ilə psixoloji köməklik göstərdi

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB hazırda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "" adlı layihəsini həyata keçirir. Layihənin icrası zamanı imtiyazlı vətəndaşların sosial problemləri qeydiyyata götürülərək həlli istiqamətində işlər aparılır. Koronavirus pandemiyası dövründə digər vətəndaşlarla yanaşı xüsusi qayğıya ehtiyacı olan imtiyazlı vətəndaşlara da dövlət tərəfindən lazımi qayğı göstərilməsi təqdirəlayiq olsa da, dezinformasiyanın qarşısını almaq təəssüf ki, mümkün olmur.  Bununla bağlı psixoloji gərginlik yaşanır.

İctimai Birliyiə müraciət edənlər arasında psixoloji gərginlik keçirənlər də çoxdur. Odur ki, onlar arasında maarifləndirmə işlərinin aparılmasına və psixoloji-mənəvi dəstək göstərilməsinə böyük ehtiyac var. Bu məqsədlə bu gün İB-in və layihənin psixoloqu İbrahim Əsədli psixoloji köməyə ehtiyacı olan bir neçə nəfərlə söhbət etmişdir.

Onlar arasında məcburi köçkünlər, müxtəlif qrupdan olan əlilliyi olan insanlar, müharibə veteranları və əlilləri, məhkumluqdan azad olmuş əlilliyi olan insanlar da var idi.

İbrahim Əsədli onlarla koronavirus pandemiyası dövründə panikaya düşməmək, özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminə əməl edərək qoruyucu vasitələrdən istifadə etməyin, gigiyenik qaydalara əməl etməyin  vacibliyini başa saldı, mövcud vəziyyətlə əlaqədar hər bir halda prezidentimizin göstərişlərinə əməl etməyin vacibliyi haqqında onlarla maarifləndirici söhbətlər apardı. Bundan başqa müharibə ilə əlaqədar keçirdikləri sarsıntılar, psixoloji gərginlikləri müəyyən qədər azaldılması üçün Qarabağda döyüş bölgəsində yaşayan insanlarla da telefon əlaqəsi saxlayaraq onlara mənəvi-psixoloji dəstək göstərildi.  

 

         Mətbuat xidməti

         27.10.2020

                           

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA