İranda Azərbaycan səfirliyinə hücum olunub
Yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib. Hücum zamanı mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb.
Bunu birbaşa Azərbaycan dövlətinə, Türk Dünyasına, İslam dininə qarşı hücum hesab edirik. Necə ki, ermənilər ki kilsələrinin arxasında gizlənib öz milli şovinist siyasətini həyata keçirir, İran da İslam dini arxasında gizlənib, ermənilərlə qardaş olub öz məkrli fars şovinizmi siyasətini yürüdür. Bu terrorla İran bir daha sübut etdi ki, adındakı İslam söz yalnız ad olaraq mövcuddur. Və fikrimizcə son zamanlar daha geniş vüsət alan Quran kitabının cırılması, təhqir olunmasına da belə “islamçılar” səbəb olur.
Üzdə özünü Türk Dünyasının dostu göstrən dövlətlər bilavasitə bu terrorda iştirakçıdır.
Azərbaycan vətəndaşları və ictimai birlik olaraq bütün dünyada terrorun əleyhinəyik!!!
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi
27.01.2023