Şəhid baş leytenant Orxan Əsgərov

Məlum olduğu kimi, yanvar ayının 27-də İrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror zamanı səfirliyin Mühafizə Xidmətinin rəisi baş leytenant Əsgərov Orxan Rizvan oğlu qətlə yetirilmiş, iki nəfər isə yaralanmışdır.

Orxan Əsgərovun cənazəsi Bakıya gətirilmiş, ailəsinin yaşadığı Yeni Yasamaldakı evində onunla vida mərasimi təşkil edilmiş və fəxri qaravul dəstəsinin müşaiyəti ilə II Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Xarici işlər naziri Ceyhun Bayramov şəhid Orxan Əsgərovun yas mərasimində iştirak etmiş və Prezident İlham Əliyevin başsağlığını Şəhidimizin  ailəsinə çatdırmışlar.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bagçi və səfirliyin digər əməkdaşları da Orxan Əsgərovun yas mərasimində iştirak etmiş, ailəsinə və doğmalarına başsağlığı vermişlər.

Orxan Əsgərov 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, 2003-cü ildə Sumqayıt Şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini bitirmişdir.

Ailəli idi. İki övladı yadigar qaldı.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev də mərhumun cənazəsinin qarşılanmasında, onunla vida mərasimində və dəfnində iştirak etmişdir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, eləcə də “Əlillər Dünyası” qəzetinin bütün kollektivi adından şəhid baş leytenant Orxan Əsgərovun atası Rizvan Əsgərova, əmisi Mövlan Əsgərova, yaxın qohumu Elxan Mehdiyevə  və digər ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.

Məlahət Abdullayeva

“Əlillər Dünyası” qəzetindən

30.01.2023

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA