başsağlığı
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
cənab Cahit Bağcıya
Hörmətli cənab səfir,
Bu gün səhər saatlarında Türkiyə Cümhuriyyətində çoxsaylı insan tələfati ilə nəticələnən dəhşətli zəlzələdən kədərləndiyimizi bildiririk. “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi adından dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa arzulayırıq.
Onu da xüsusi qeyd edək ki, məsləhət bilərsinizsə, Cəmiyyətimizin 10-larla üzvləri zəlzələdən zərər görmüş ərazilərdə fiziki cəhətdən köməklik üçün hazırdırlar.
06.02.2023