Dünyadan gözəl bir insan köçdü

                                                          

Həyatda elə yaşamalısan ki, dünyadan köçəndə sənin yoxluğun üçün yansınlar, göz yaşı axıtsınlar.

Bu gün həqiqətən özümə dost, qardaş bildiyim, hər gün əlaqə saxladığımız Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mətbuat xidmətinin rəisi Mehman Sadıqov barədə yazıram. Mehman müəllimlə Penitensiar Xidməti ilə qarşılıqlı əməkdaşlıq etdiyimiz ilk  vaxtlarda tanış olmuşduq. Sonradan bu əməkdaşlıq əbədi dostluğa, qardaşlığa çevrildi. Hər gün Mehmanla votsap vasitəsi ilə salamlaşırdıq, bir-birimizdən hal-əhval tuturduq. 1 gün öncə yenə Mehmana votsapda yazdım, amma təəssüf ki, cavab almadım. Fikirləşdim ki, yəqin işi çoxdur. Sosial şəbəkədə Mehman müəllimin şəklini, “Mehman Sadıqov vəfat edib” yazılarını oxuyanda gözlərimə inana bilmədim. Çox sarsıldım, həyəcan keçirdim.

Yoxluğuna inana bilmirəm, Mehman müəllim, sən gözəl ziyalı, insan kimi insan, əsil dost kimi dost, qardaş kimi qardaş, sədaqətli insan idin. Mən yüzlərlə insanın ölümünü görmüş, mərasimində iştirak etmişəm. Amma sənin ölümün məni çox yandırdı.

Şəxsən öz adımdan, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi adından Mehman Sadıqovun ailəsinə, doğmalarına başsağlığı verirəm.

İnsan şərəflə yaşamalıdır. Sağlığında da, həyatdan köçəndə də ətrafındakılara nümunə olmalıdır. Sən sağlığında da, ölümünlə də ətrafındakılara nümunə oldun, Mehman müəllim.               

Allah sənə rəhmət eləsin, qardaş, məkanın cənnət olsun! İşıqlı xatirələrin həmişə ürəyimizdə yaşayacaq.

 

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru

13.03.2023                                                          

 

 

                                   

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA