Xeyirxah əməl
"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 22.08.2011-ci il tarixində öz daxili imkanları hesabına təmənnasız olaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi, döngə-1, ev -32 ünvanında yaşayan (telefon nömrəsi- (012) 412 48 53) 1-ci qrup əlil Fikrət Fərəc oğlu Babayevə əlil arabası hədiyyə etmişdir.
Hərəkət imkanları məhdud olan Fikrət Babayevin bu əlil arabasına çoxdan ehtiyacı var idi. İctimai Birlik ailə və maddi vəziyyətinin ağır olması ilə bağlı arzusunu həyata keçirməyə imkanı olmayan əlilin arzusunu reallaşdırdı.