Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə “Ümid” Taekvondo Klubunun töhfəsi

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ölkəmizdə və bir çox xarici ölkələrdə silsilə tədbirlərin keçirilməsi davam edir.

Bu günlərdə Bakı şəhərində Heydər Əliyev Mərkəzinin parkında Ümummilli liderin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyi münasibəti ilə əməkdar idman ustası, iki qat Avropa çempionu, “Ümid” Taekvondo Klubunun rəhbəri  İlkin Şahbazovun başçılığı ilə Masterklass təlimi keçirildi.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə hazırlanan bu tədbirə səylə hazırlaşan gənc idmançılar möhtəşəm çıxış etdilər. Tədbirdə dövlət təşkilatları və digər ictimaiyyət nümayəndələri ilə yanaşı şəhid ailələri və qazilər də iştirak edirdilər. Federasiya adından onlara simvolik hədiyyələr təqdim olundu. Əməkdar idman ustası İlkin Şahbazovun rəhbərliyi ilə yüksək səviyyədə keçirilən bu masterklass şəhərimizin qonaqları olan turistlərin də böyük marağına səbəb oldu. İdmançıların çıxışları alqışlarla qarşılandı.

Masterklassdan sonra “Ümid” Taekvondo Klubunun idmançıları, valideynlər və rəhbərlik Fəxri Xiyabana gedərək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, gül-çiçək dəstələri düzmüşlər.

Məlumat üçün bildiririk ki, Taekvondo üzrə 26-cı Dünya Çempionatı bu il 29 may – 4 iyun tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq əhəmiyyətə malik olan bu Çempionatla əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.

Onu da qeyd etmək istərdik ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, AzTV-nin redaktoru, əməkdar jurnalist Zərnişan xanım Azayevanın nəvəsi Esmanur da “Ümid” Taekvondo Klubunun üzvüdür. Dəfələrlə respublikadaxili yarışlarda qalib olmuş 9 yaşlı Esmanur Azayeva bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Beynəlxalq təlim məşq toplantısının təşkil etdiyi yarışlarda ölkəmizi təmsil edən “Ümid” Taekvondo Klubunun üzvü olan və hər biri diplom və medallar qazanan 7 nəfər idmançısı arasında yeganə qız nümayəndə olaraq yarışda qalıb gəlmiş və  bürünc medal qazanmışdır.

“Ümid” Taekvondo Klubunun məşqçısı, əməkdar idman ustası İlkin Şahbazovun başçılığı ilə Klubun üzv olan idmançılarımıza davamlı qələbələr arzulayırıq.

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

15.05.2023

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA