“Türk serialları dünyası”

 

May ayının 23-də Qazaxıstan Respublikasının “BN Team Orchestra” simfonik orkestri Heydər Əliyev Sarayında türk seriallarının həvəskarları və musiqisevərlər üçün möhtəşəm konsert proqramı təqdim etdi. Gənc və istedadlı musiqiçilər, aktyor və aktrisalardan ibarət yaradıcı heyət “Türk serialları dünyası” adlı konsertdə  tamaşaçılara “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini ifa etdilər, böyük ekranda sevimli seriallardan ən yaxşı parçalar nümayiş olundu. Tamaşaçılar sırasında konsertə dəvət alan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri konsertdən yüksək zövq aldıqlarını bildirdilər.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, əməkdaşları dossent Aynur Qəhrəmanova və Loğman Abbasov əlilliyi olan şəxslərə, imtiyazlı şəxslərə və aztəminatlı ailələrə diqqət göstərərək 50 nəfərə təmənnasız yer ayırdıqları üçün “BN Team Orchestra”nın rəhbərliyinə, istedadlı, gənc musiqiçilər Berik Batyrkhan və Yerner Nurtazina Təşəkkürnamə təqdim etdilər.

Belə möhtəşəm konsertlər əlilliyi olan şəxslərdə müsbət hisslər, yüksək əhval-ruhiyyə yaratmaqla həmişəlik yadda qalır, onların cəmiyyətə inteqrasiyasına köməklik edir.

 

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən      

24.05.2023                                                

 

 

                                   

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA