“Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı

"Beynəxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB və “Əlillər Dünyası” qəzetinin yerləşdiyi ofis pilot layihə kimi inşa olunan tikinti şirkəti tərəfindən sökülərək yerində tikiləcək binanın 1-ci mərtəbəsində yer veriləcəyindən İctimai Birliyin üzvü olan İlham Ağayev ona məxsus  Bakı şəhəri Nizami rayonu, Ə.Əzimzadə küçəsi-16-da olan  12 saylı mənzilini uzun illərdir ki,  etibarnamə ilə təmənnasız olaraq ofis kimi istifadə etmək üçün vermişdir.

May ayının 25-də səhər saatlarında mənzilin mətbəx hissəsində qısaqapanma nəticəsində yanğın baş vermişdir. Hadisə barəsində təçili olaraq ofisin əməkdaşı tərəfindən Yanğından Mühafizə İdarəsinin 101 saylı Qaynar Xəttinə zəng edərək məlumat verildi. Yanğınsöndürənlər gələnədək artıq mətbəx və ona bitişik 2 otaq təşkilatlara məxsus olan bütün əşyaları və sənədləri ilə birgə tamamilə yanıb kül olmuş, digər otaqlara da ziyan dəymiş, yararsız hala düşmüşdür. Hadisə zamanı qonşu mənzildə olan ana və uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilərək xilas edilmiş, hadisə yerində olan təçili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmış və təçili yardım göstərilmişdir. Çox şükürlər olsun ki, heç kəs ciddi xəsarət almamış,  qonşu mənzillərə ziyan dəyməmişdir.

Həmin gündən bu günədək bir çox KİV-lərdə Nizami rayonunda baş verən dəhşətli yanğın barədə məlumat verilsə də yanan yerdə “Beynəxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB və “Əlillər Dünyası” qəzetinin ofisi yerləşməsi və tamamilə yanması barədə heç bir məlumat verilmir. Bu da çox təəssüf hissi doğurur. Halbuki hər 3 təşkilat daima əlilliyi olan və digər imtiyazlı şəxslərin, həmçinin əlilliyi olan məhbusların özlərinin və ailə üzvlərinin, şəhid və Milli Qəhrəman ailələrinin sosial, tibbi, psixoloji probemləri ilə maraqlanır, aidiyyəti təşkilatlar vasitəsi ilə müsbət həll edir. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının (hazırda Agentlik) 24 layihəsini, Elm və Təhsil Nazirliyinin 2 layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu yaxınlarda Milli Qəhrəman ailəsinə torpaq sahəsi ayrılmasına bilavasitə dəstək olmuşdur. Yəni, hər 3 təşikilat daima dövlətimizin və möhtərəm Prezidentimizin sosial siyasətinə dəstəkdir.

İndi belə bir müsbət işlər görən təşkilatların ofisinin yanması ictimaiyyətin diqqətinə çatdırılmalı, onların problemləri ictimailəşdirilməlidir. Necə ki, başda Sədr və Baş Redaktor, Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil Tahir Xudiyev olmaqla həmin təşkilatların əməkdaşları daima köməyə ehtiyacı olan insanların yanında olur, indi bu çətin vəziyyətlərində də onlara ərazi üzrə İcra Hakimiyyətindən,  Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, QHT-lərdən və imkanı çatan şəxslərdən mənəvi və maddi dəstək göstərilməli, belə bir gündə çətin vəziyyətdə buraxılmamalıdır.

 

P.S. Bu gün xüsusi, əlamətdar gündür - 28 May Respublika Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirk.

 

Məlahət Abdullayeva

“Əlillər Dünyası” qəzetindən

28.05.2023

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA