“Tynda.Music” Heydər Əliyev sarayında konsert verdi

İyun ayının 2-də Qazaxıstanın tanınmış “Tynda.Music” orkestri Bakıda ilk dəfə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Qazax dilindən tərcümədə “musuqi dinlə” mənasını verən “Tynda.Music” orkestri istedadlı prodüser, həm də orkestrin bədii rəhbəri və dirijoru Aydos Mendaliyev tərəfindən 1 il bundan öncə Almatıda yaradılmışdır. Aydos Mendaliyev həyat yoldaşı Aygerimlə birgə orkestrin hər bir işini təşkil edir, qostrol səfərləri keçirilər.Təşkil edilmiş kosert proqramlarından asılı olaraq orkestrin tərkibində 7-dən 150-dək istedadlı musiqiçilər iştirak edir. Yarandığı 1 il ərzində  "Tynda.music" 150 konsert proqramı ilə çıxış edib.

Bakıdakı konsert proqramında orkestr məşhur italyan bəstəkarı və pianoçusu

Lüdoviko Eynaudinin "Su yolları", "Andare", "Qızılgül", "Uçmaq", "Una Mattina", "Gecə kitabı", "Gecə", "Divenire", "Primavera", "Nuvolé bianche" və s. əsərlərini  ifa edib. Konsert tamaşaçılar, eləcə də konsertə dəvət alan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri tərəfindən alqışlarla qarşılanıb. Sədr  Tahir Xudiyev və ictimai birliyin üzvü Davud Mahmudzadə əlilliyi olan və digər imtiyazlı şəxslərə diqqət göstərərək konsertə dəvət etdiyinə və möhtəşəm konsertə görə Aydos Mendaliyev və həyat yoldaşı Aygerim xanıma Təşəkkürnamə təqdim etmiş, gələcək işlərində uğurlar arzulamışlar.

Belə möhtəşəm konsertlər əlilliyi olan şəxslərdə müsbət hisslər, yüksək əhval-ruhiyyə yaratmaqla həmişəlik yadda qalır, onların cəmiyyətə inteqrasiyasına köməklik edir.

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən      

03.06.2023                                                

 

 

                           

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA