QHT əməkdaşları şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik etdi

Qədim mənşəyə malik və təbiətin oyanması kimi qeyd olunan Novruz bayramının  əsl mahiyyətindən doğan bir sıra adət-ənənələrimiz indiyədək xalqımız tərəfindən saxlanılmaqdadır. Onlardan biri də insanlarla bayramlaşmaq, ailələrə baş çəkmək, onları təbrik etmək, ürəkləri sevindirməkdir.

Bu məqsədlə “Türk Dünyası Turan Düşüncə Mərkəzi” və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri, “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyevlə birgə əməkdaşlarımız - Xalq Artisti Zemfira Nərimanova,  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin xüsusi müxbiri Həsənağa Bayramov və həyat yoldaşı Günay xanım Bakı və Gəncə şəhərlərində, Qarabağ regionunda və Nardaran kəndində bir neçə şəhid ailələrinə baş çəkmiş, bayram münasibəti ilə təbrik etmiş, bayram  sovqatı aparmışlar. 

Xalqımızın bu gözəl adəti insanlar arasında mehriban münasibətlərin daha da yaxşılaşmasına xidmət edir.

 

“Əlillər Dünyası” qəzetindən

27.03.2023

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA