QHT əməkdaşları şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik etdi
Qədim mənşəyə malik və təbiətin oyanması kimi qeyd olunan Novruz bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələrimiz indiyədək xalqımız tərəfindən saxlanılmaqdadır. Onlardan biri də insanlarla bayramlaşmaq, ailələrə baş çəkmək, onları təbrik etmək, ürəkləri sevindirməkdir.
Bu məqsədlə “Türk Dünyası Turan Düşüncə Mərkəzi” və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri, “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyevlə birgə əməkdaşlarımız - Xalq Artisti Zemfira Nərimanova, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin xüsusi müxbiri Həsənağa Bayramov və həyat yoldaşı Günay xanım Bakı və Gəncə şəhərlərində, Qarabağ regionunda və Nardaran kəndində bir neçə şəhid ailələrinə baş çəkmiş, bayram münasibəti ilə təbrik etmiş, bayram sovqatı aparmışlar.
Xalqımızın bu gözəl adəti insanlar arasında mehriban münasibətlərin daha da yaxşılaşmasına xidmət edir.
“Əlillər Dünyası” qəzetindən
27.03.2023